Şirvanda avtomobil əvvəl maşına, sonra parkın hasarına çırpıldı - FOTOLAR

  • By admin
  • 03 Mart 2023 21:52

Şirvanda yol nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Şirvan şəhərinin Nərimanov küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub, daha sonra parkın hasarına çırpılıb. Hadisə nəticəsində şəhər təsərrüfatına ziyan dəyib.

“Mercedes”in sürücüsü hadisə yerindən qaçıb. Onun maşını sərxoş halda idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.