Şirvanda evə basqını edib, azyaşlıya xəsarət yetirən şəxs saxlanıldı

  • By admin
  • 16 Sentyabr 2016 14:44

sirvan

Günüsəsi.info xəbər verir ki, 22 iyul tarixində Şirvan  şəhəri Təbriz küçəsi, 20 ünvanına quldur basqını edilib və azyaşlıya xəsarət yetirməklə evdən 10 min manat nəğd pul və min manat dəyərində qızıl-zinət əşyaları oğurlanib.  Ev sahibi dərhal hadisə barədə Şirvan polis şöbəsinə ərizə ilə müraciət edib. Şirvan polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan sakininin evinə quldur basqını edən şəxsin şəhər sakini, 24 yaşlı Babayev Kamran Xanqulu oğlu olduğu müəyyən edilib. Kamran Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qəti imkan tədbirinin seçilməsi gözlənilir.Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Günüsəsi.info