Şirvanda hərbi zavodda partlayış olub, ölən və yaralananlar var (FOTOLAR)

  • By admin
  • 26 İyul 2016 16:24

zavod

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda güclü partlayış olub. Hadisə nəticəsində yaralanan 10 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Gununsesi.info “Report.az”a istinadən xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Müdafiə Sənayesi Nazirliyindən də bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.

Yerli sakinlərin verdiyi məlumata görə isə artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub.

Bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisənin təfərrüatları barədə əlavə rəsmi məlumat veriləcək.

Əslən Şirvandan olan tanınmış jurnalist Elvin Şirinli öz növbəsində “Facebook” səhifəsində yazıb ki, Şirvanda partlayış  partlayış baş verən yerden 2 km aralıdadır:” Hadisə zamanı Şirvan şəhərindəki hündürmərtəbəli binalar silkələnir. Partlayışın alovu şəhərin təxminən 10 km məsafədə yerləşən digər tərəfində görünür. Hadisə yerinə təcili yardım və FHN-nin briqadaları keçib, amma yaxınlaşa bilmirlər.Yanğın və partlayış hələdə davam edir”.

Gununsesi.info