Siyəzəndə baş vermiş yanğında 2 nəfər ölüb

  • By admin
  • 31 İyul 2020 20:08

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

 

Gununsesi.info