Siyəzəndə zəhərlənmə hadisəsi baş verib

  • By admin
  • 09 İyul 2022 22:01

Siyəzəndə 5 nəfər zəhərlənib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info