Şri-Lanka Prezidenti bu tarixdə istefa verəcək

  • By admin
  • 09 İyul 2022 21:40

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də vəzifəsindən istefa verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin “Newswire” xəbər portalı parlamentin spikeri Mahinda Yapu Abeivarden istinadən məlumat yayıb.

Prezident spikerə müvafiq qərarı barədə məlumat verib.

Qeyd edək ki, Şri-Lankada etirazçılar hökumət binasını yandırıblar. Onlar Rajapaksanın iqamətgahına soxulublar.

Gununsesi.info