Siyasətçi Nadejdinin Rusiyadan çıxışı qadağan edilib

  • By Admin2
  • 16 İyul 2026 16:11

Siyasətçi Boris Nadejdin (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Telegram -da Rusiyadan çıxışına qadağa qoyulduğunu bildirib.

Gununsesi.info-nun xəbərinə görə, “Dünən gecə Dövlət Xidmətinin mənim xaricə səyahət etməyimə qadağa qoyması ilə bağlı qərarı gəldi. Bu barədə vəkillərimizlə danışırıq. Deyirlər ki, bu, qanunsuz qərardır. Apelyasiya şikayəti verəcəyik”, – deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Boris Nadejdin 13 iyulda polis tərəfindən saxlanılıb. Siyasətçinin sözlərinə görə, ona qarşı ekstremist simvollar nümayiş etdirdiyinə görə inzibati ittiham irəli sürülüb.

Maqsud

Gununsesi.info