Siyasi fəal mənzilinə gedə bilmir - POLİS ANAR BAYRAMOVU HƏBS ETMƏK İSTƏYİR

  • By admin
  • 24 Sentyabr 2017 18:01

ANAR11Ə

Müxalif qüvvələrin kütləvi aksiyalarında xüsusui fəallığı ilə seçilən AXCP Binəqədi şöbəsinin fəalı Anar Bayramov növbəti dəfə polis təqibinə məruz qalıb. Belə ki, siyasi fəalın sözlərinə görə, 23 sentyabr tarixində müxalifətin aksiyasında təşkilatçı kimi fərqlənməsinə görə, polis hər yerdə onu axtarır: “Mənə yaşadığım evdən bildirdilər ki, mülki geyimli şəxslər evimizi mühasirəyə alıb. Aksiyadan sorna evə getmədim. Müxtəlif mənbələrdən aldığım xəbərə görə, məni narkotik, yaxud da ictimai yerdə xuliqanlıq ittihamı ilə həbs etmək istəyirlər. Hansısa kütləvi aksiyada iştirak mənim konstitusion hüququmdur.  Mən gecəni evimdə keçirməmişəm. Açıq hədələr alıram ki, bu dəfə məni həbs edəcəklər. Əsas səbəb də aksiyaya 100-nəfərə yaxın insanı cəlb etməyimdi”.

Qeyd edək ki, mMediaya açıqlamasında Anar Bayramov bildirib ki, dəfələrlə onu qanunsuz olaraq, yaşadığı evdən polis bölməsibnə aparıblar.

Müxalif fəalın sözlərinə görə, ondan hakim partiyaya üzv olmaq və bunun üçün hakimiyyətə yaxın telekanallarda bəyanat verməsi tələb edilir. Ancaq birləşmək azadlığının fundamental hüquqlardan biri olduğunu əsas gətirən Anar Bayramov müxalif mövqedə qalmağı daha üstün tutur. O, bunun üçün ölkədəki korrupsiyanı, insan hüquqlarına olan münasibəti göstərir.

Sonuncu dəfə polis rəisi tərəfindən təhqir olunan müxalif fəal 8 saat şöbədə ac-susuz saxlanılıb.

Anar Bayramov deyir ki, təzqyiqlər təkcə polisə aparılması ilə yekunlaşmayıb. Onun sözlərinə görə, mitinqə getdiyi üçün 11 saylı Dəmir Yolları İdarəsindəki mühəndis vəzifəsindən azad edilib.

Onu da qeyd edək ki, Anar Bayramov Azərbaycanda həbs edilən siyasi fəalların vəkili kimi məşhurlaşan Bəhruz Bayramovun qardaşıdır.