Siyavuş Novruzovdan bitərəf və siyasi partiyalardan olan deputatlara ÇAĞIRIŞ: “DƏSTƏK VERİN”

  • By admin
  • 02 Dekabr 2019 13:46

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Gununsesi.org-un xəbərinə görə, S.Novruzov bitərəf və digər siyasi partiyalardan olan deputatlara müraciət edib.

Deputat həmkarlarını parlamentin buraxılması ilə bağlı YAP Siyasi Şurasının qərarını dəstəkləməyə çağırıb.

Siyavuş Novruzov deyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: “Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə büruzə verir”.

Gununsesi.org