”Şöbəyə gələn deyiləm” - 6 avtoxuliqan saxlanıldı – VİDEO

  • By admin
  • 23 Avqust 2016 18:48

xuliqan

Müxtəlif markalı avtomobillərdə dəyişiklik edərək gecə saatlarında insanların rahatlığını pozan, təhlükəli manevrlərlə qəza şəraiti yaradan 6 avtoxuliqan saxlanılıb.

Gununsesi.info Region TV-yə istinadən xəbər verir ki, reydi Qazax DYP bölməsinin əməkdaşları keçiriblər.

Avtoxuliqan: “Bakıda yaşayırdıq. Təzə gəldik, köçdük. 3-4 ay olar”.

Polis: “Özün sürət həvəskarı deyilsən?”

Avtoxuliqan: “Yox, yox. Birinci dəfədir ki, mən bura gəlirəm. Bir dəfə də pərdəyə görə saxlayıblar. O da “06”-da. Şöbəyə gələn deyiləm”.

Saxlanılan sürücülərdən biri Bakı, digərləri isə Qazax və Ağstafa sakinləridir. Sürət həddini aşıb, təhlükəli vəziyyət yaradan gənclərin avtomobilləri müvəqqəti duracağa aparılıb.

Reyd zamanı sərxoş sürücülərə də rast gəlinib.

Polis bölməsindən verilən məlumata görə, qaydaları pozan sürücülər barədə protokollar tərtib edilib və məhkəməyə göndərilib. Həmin sürücləri 25 sutka həbs cəzası gözləyir.

Gununsesi.info