
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib.
Gununsesi.info bunu SOCAR-a istinadən bildirir.
Məlumatda deyilir ki, bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat vəya 1,4 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 15,9 faiz çoxdur.
Bundan əlavə, 2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 7,2 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 milyon 251 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 635 min manat və ya 6,9 faiz çoxdur.
Vüsalə
Gununsesi.info









