“SOCAR”dan maliyyələşən jurnalistlərin maaşında fantastik artım

  • By admin
  • 23 Avqust 2022 14:01

SOCAR strukturuna daxil olan “Azərbaycan Neft Təsərrüfatı” jurnalı işçilərinin də əmək haqqına əlavələr olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.

M.Qəhrəmanlının məlumatına görə, jurnalın baş redaktorunun maaşı əlavədən sonra 8147 manat olub. Buna qədər baş redaktorun maaşı 4526 manat idi.

Redaktor müavini və baş mühasibin maaşı 4209 manatdan 7155 manata, baş mühasibin müavininin maaşı isə 3914 manatdan 6262 manata qaldırılıb.

Qeyd edək ki, jurnalın baş redaktoru akademik İbrahim Quliyevdir. Jurnal Azərbaycan, rus və ingilis dillərində nəşr olunur.

Gununsesi.info