“Soğanla sarımsaq koronavirusdan qorumur” - Baş infeksionist

  • By admin
  • 13 Mart 2020 21:40

“Soğan və sarımsaq koronavirusdan qorumur”.

Gununsesiaz.info xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, baş infeksionist Cəlal İsayev Nazirlər Kabinetinin yanında operativ qərargahın brifinqində deyib.

O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır:

“Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir”.

 

 

Gununsesiaz.info