Solovyova sui-qəsd hazırlanırmış?

  • By admin
  • 25 Aprel 2022 16:12

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları rusiyalı jurnalist Vladimir Solovyova qarşı sui-qəsd planlaşdıran bir qrup neonasisti saxlayıb”.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Ölkənin hüquq-mühafizə orqanlarının məlumatına görə, qruplaşma sui-qəsdlə bağlı tapşırığı Ukrayna Silahlı Qüvvələrindən alıb.

“Saxlanılan şəxslər “National Socialism/White Power” neonasist terror təşkilatının üzvləridir və Rusiya vətəndaşlarıdır”, – deyə məlumatda qeyd olunub.

Qruplaşma üzvləri dindirilmə zamanı bildiriblər ki, Solovyovu qətlə yetirdikdən sonra Rusiyanı tərk etməyi və başqa ölkədə gizlənməyi planlaşdırıblar.