Somalidә TERROR: 48 ölü, 108 yaralı

  • By admin
  • 25 Mart 2022 10:37

Terror tәşkilatı kimi tanınan “Əs-Şәbab”ın Somalinin Beledveyne bölgәsindә törәtdiyi bombalı hücum nәticәsindә hәyatını itirәnlәrin sayı 48-ə yüksәlib.

Gununsesi.info “TRT”-yə istinadla xəbər verir ki, bu barәdә yerli polis mәlumat verib. Hadisә nәticәsindә 108 nәfәrin dә yaralandığı vurğulanıb.

Hәyatını itirәnlәr arasında Amine Mәhәmmәd Abdi adlı bir qadın millәt vәkilinin dә olduğu bildirilib. Hücumun parlament seçkilәrindәn әvvәl törәdildiyi qeyd olunub.

Qeyd edәk ki, prezident Mәhәmmәd Abdullah Fermaju vә Baş nazir Mәhәmmәd Hüseyn Roble hücumu qınamışdılar.

Gununsesi.info