Son 19 ilin ən böyük həcmli baraması istehsal olunub

  • Müəllif: admin
  • 16 Avqust 2017 13:02
 1484195005_heris
 
2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz artıb.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, heyvandarlıq məhsullarının istehsalı 3 faiz artsa da, bitkiçilik məhsullarının istehsalı isə 0,8 faiz azalıb.
Məlumata görə, dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsindən 2628,0 min ton məhsul götürülüb. Nəticədə  hər hektardan əldə edilmiş məhsul 28,7 sentner təşkil edib. 
Bununla yanaşı, tarlalardan  kartof yığımı 8,8 faiz azalıb.  Ölkədə 245,2 ton barama istehsal olunub ki, bu da son 19 ilin ən yüksək göstəricisidir.
Vüsalə 
Gununsesi.info