Azərbaycan nefti yenidən bahalaşdı

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 10:05

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 dollar və ya 1,26% artaraq 96,68 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info