SON DƏQİQƏ: ruslar Lvovu raketlə vurdu-FOTO

  • By admin
  • 18 Mart 2022 10:49

Bu gün səhər saatlarında Lvovda bir neçə partlayış səsi eşidilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə şəhərin meri Andrey Sadovıy bildirib.

O qeyd edib ki, raketlər hava limanının yaxınlığında yerə düşüb.

Sadovıy hələlik dəqiq ünvanı deyə bilməyəcəyini, lakin bunun hava limanı olmadığını bildirib.

“Hazırda vəziyyət yerindəcə araşdırılır, dəqiqləşdiriləndən sonra məlumat veriləcək. Ehtiyatlı olun, hava hücumu zamanı təlimatlara əməl edin və atəş açılan yerdən fotoları yaymayın”, – mer əlavə edib.

Gununsesi.info