Pentaqon AÇIQLADI: Nüvə silahları işə düşəcək

  • By admin
  • 18 Mart 2022 11:10

ABŞ Rusiya-Ukrayna arasında sülhə olan ümidi məhv edən kəşfiyyat məlumatlarını dünya ilə bölüşüb.

Gununsesi.info xəbər verir ki,  “Bloomberg”  ABŞ Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyat İdarəsinin hazırladığı yeni hesabatda Putinin müharibənin davam edəcəyi təqdirdə nüvə silahı təhlükəsini gündəmə gətirəcəyini bildirib.

67 səhifəlik hesabatda Putinin Rusiyanın qüdrətini sübut etmək üçün nüvə silahının kozırını əlində saxladığı vurğulanıb. Qurumun direktoru general-leytenant Skot Berrier Rusiyanın bölgədəki hərbi gücünün azaldığını və iqtisadi sanksiyaların Rusiyanı iqtisadi çöküşə və diplomatik təkliyə sövq edəcəyini söyləyib.

Qeyd edək ki, Pentaqon müharibənin genişlənməsi fonunda Çinin Rusiya tərəfdən döyüşə girmək ehtimalını da qeyd edib.

Gununsesi.info