Son dəqiqə: Məhkəmə kollegiyası müşavirəyə getdi - MƏNSİMOVLA BAĞLI SON QƏRAR VERİLİR

  • By admin
  • 05 Mart 2021 13:53

Bu gün İstanbul Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan azərbaycanlı iş adamı, “”Palmali Holdinq”in sahibi Mübariz Mənsimovun məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun azadlığa çıxması üçün məhkəmə qarşısında vəsatət verib.

Ona görə də həmyerlimizin bu gün azadlığa çıxacağı gözlənilir.

Məhkəmə iştirakçılarının Gununsesi.info-ya verdiyi son xəbərə görə, məhkəmə heyəti qərar üçün müşavirəyə gedib.

Gununsesi.info