Son sutkada vurulan vaksinlərin sayı açıqlandı

  • By admin
  • 31 Oktyabr 2021 17:44

Azərbaycanda son sutkada koronavirus əleyhinə 43 113 vaksin vurulub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31089, ikinci mərhələ üzrə 12 024 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə isə 4 402 450 nəfər təşkil edir.

Gununsesi.info