İraqdakı ABŞ səfirliyi raket atəşinə tutuldu

  • By admin
  • 31 Oktyabr 2021 17:40

İraqın paytaxtı Bağdad şəhərində terror aksiyası baş verib.

Gununsesi.info  xarici KİV-ə istinadla xəbər verir ki, Bağdadın Əl-Mansur rayonunda “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinə üç raket zərbəsi endirilib.

Raketlər səfirliyə yaxın əraziyə düşüb. İnsan tələfatı olmasa da, rayonda yerləşən inzibatı binalara böyük maddi zərər dəyib.

Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanlarının əməkdaşları geniş əməliyyat tədbirlərinə başlayıblar.

Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi dəfələrlə raket atəşinə məruz qalıb.

Gununsesi.info