Yuxarı Qarabağ kanalında qadın meyiti tapıldı

  • By admin
  • 31 Oktyabr 2021 17:34

Fövqəladə Hallar Nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Gununsesi.info-ya  verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info