
Azərbaycanda ümumi vergi yükü 39.8 faizdir. Bu, bəzi ölkələrlə müqayisədə yüksək, bəzi ölkələrlə müqayisədə aşağıdır.
Gununsesi.info bunu iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir.
R.Ağayev deyir ki, Dünya Bankının 2018-ci il üzrə ayrı-ayrı ölkələrdə vergi ödənilməsinin vəziyyəti ilə bağlı hesabatı yayımlanıb. Onun sözlərinə görə, hesabatda maraqlı göstəricilər ölkələrdə tətbiq olunan bütün vergilər üzrə orta dərəcələr əsasında hesablanan ümumi vergi yükünün səviyyəsi və vergilərin sayıdır: “Fikirmcə, burda bir metodoloji problem var və müqayisəni çətinləşdirir: Azərbaycanda sosial sığorta vergi deyil, amma bir çox ölkələrdə “sosial vergi” adı altında ümumi vergi yükünə daxil edilir”.
“Azərbaycanda ümumi vergi yükü 39.8%-dir. Bəzi ölkələrdə bu çox yüksəkdir: məsələn, Argentinada 106%, Fransada 62.2%. Amma bəzi ölkələrdə çox aşağıdır. Məsələn, Qatarda 11.3% Sinqapurda 20.3%, Lüksemburqda 20.5%, İsraildə 27%.-dir”-R.Ağayev qeyd edir.
Keçmiş sovetlərdən Tacikstanda 65.2%, Estoniyada 48.7%, Rusiyada 47.5%, Qazaxıstanda 29.2%, Qırğızısrtanda 29%, Gürcüstanda 16,4% təşkil edir.
Vergilərin ümumi sayı Azərbaycanda 6, Gürcüstanda 5, Almaniyada və Fransada 9 və s.”
Vüsalə
Gununsesi.info












