Sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır

  • Müəllif: admin
  • 26 Avqust 2017 11:23

emek-ve-ehali

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır.

Bu barədə Gununsesi.info-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, hər iki müəssisədə uşaqlara müəyyən bacarıq və vərdişlərin aşılanması üçün müxtəlif dərnək və mini emalatxanalar da fəaliyyət göstərir. Bu müəssisələrdəki uşaqların cəmiyyətdəki digər həmyaşıdları kimi bərabər imkanlara malik olmaları, onların asudə vaxtlarının səmərəli keçməsi, gəzintilərinin, onlar üçün mədəni tədbirlərin, şənliklərin və s. təşkili sahəsində də müxtəlif işlər görülür.

1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində də bu sahədə işlər aparılır. Təkcə bu ilin ötən dövründə həmin müəssisələrdən 20 nəfərə yaxın uşaq doğma ailə mühitinə qayıdıb.

Gununsesi.info