Şotlandiyada keçirilən parlament seçkilərinin nəticələri açıqlandı

  • By admin
  • 10 May 2021 09:22

Şotlandiyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, açıqlanan nəticələrə görə seçkilərdə iştirak edən Şotlandiya Milli Partiyası 64 yer, Mühafizəkarlar partiyası 31 yer, Leyboristlər partiyası 22 yer, Yaşıllar partiyası 8 yer , Liberal Demokratlar partiyası isə 4 yer qazanıb.

129 üzvlü parlamentdə keçirilən seçkilərdə ardıcıl dörd dəfə birinci olan Şotlandiya Milli Partiyası seçicilərə sosial xidmətlərə, xüsusən də səhiyyə sahəsinə külli miqdarda sərmayə qoyacağını vəd edib.

Nəticələr müəyyən olduqdan sonra açıqlama verən Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen, prioritetinin epidemiya ilə mübarizə olduğunu, lakin böhran bitdikdən sonra ikinci müstəqillik referendumu keçirmək istədiklərini açıqlayıb.

Gununsesi.info