Şou əhlindən kimlər oruc tutur, kimlər tutmur ? - SORĞU

  • By admin
  • 07 İyun 2016 15:10

sHOU EHLI

Bu gün müqəddəs Ramazan ayı qədəmlərini qoydu. Kimisi orucu aclıq, kimisi isə müsəlmanlıq borcunun vacib amili kimi qəbul edir. Bu amillərdən biri oruc tutmaqdırsa digəri də bu ayda ehtiyacı olan insanlara iftar süfrəsi açmaqdır. Gununsesi.info-nun əməkdaşı hər ay gərgin iş rejimində  çalışan məhşurların bu ay vacib əməlləri yerinə yetirib-yetirmədikərini soruşduq. İlk zəng etdiyimiz Roza Zərgərli oldu.

 

 

Roza“İftar süfrəmə ehtiyacı olanları dəvət edəcəm”

Roza Zərgərli: ”Çox təəssüf edirəm ki, səhhətim oruc tutmağıma imkan vermir. Amma hər il ehtiyacı olan insanlara iftar süfrəsi açmışam. Ötən il də uşaqlar evində olduq. Əlbəttə, bu il də iftar süfrəmə ehtiyacı olanları dəvət edəcəm”.

 

 

 

 

Sevda Yahyayeva

“Qocalar evində iftar verdik”

Sevda Yahyayeva: “ Oruc tutmuram çünki, ac qala bilmirəm. Amma mən imkan olduqca xeyriyyə konsertlərində iştirak edirəm. Ötən il qocalar evində iftar verdik eyni zamanda kiçik konsert də təşkil etdik. Hələ dəqiq deyil, amma yəqin ki, yenə verəcəm”

 

 

Manaf Aghayev

Oruc tutmağa həkim icazə vermir

Manaf Ağayev: “Mədəmdə problem var, oruc tutmağa həkim icazə vermir. Özüm tutmasam da, hər il iftar süfrəsi vermişəm. Mən heç vaxt elə şeylərdən geri qalmamışam. Hər il olduğu kimi bu il də musiqiçi dostlarımı  ətrafıma yığacam, ehtiyacı olan insanları da  iftar süfrəmə dəvət edəcəm”.

 

                                                                      

 

 

Elariz“İftar vermək üçün şəraitim yoxdur”

Elariz Məmmədoğlu: “Hal-hazırda orucam. İftar süfrəsi açmaq üçün şəraitim yoxdu. Düzdü əvvəllər vermişəm, bir neçə musiqiçi dostumla birgə məcburi köçkünlərə iftar süfrəsi açmışıq.Hələ ki, verməyi düşünmürəm ”.

 

 

 

Aybeniz “Ehtiyacı olan insanlara iftar süfrəsi açıram”

Aybəniz Haşımova: “Həkim oruc tutmağıma icazə vermir. Hər il bir məkan icarəyə götürüb orda ehtiyacı olan insanlara iftar süfrəsi açıram. Qocalar evindən ahıl insanları, xəstə uşaqları süfrəmin başına toplayıram. Bu il də yenə etmək istəyirəm.  Mən düşünürəm süfrəni yalnız ehtiyacı olanlara vermək lazımdır.”

 

 

Elnur Mugenni

“İmkanın varsa, bunu ehtiyacı olanlarla bölüş”

 

Elnur Məmmədov: ”İftar süfrəsini qeyd etmək düzgün deyil. Çünki bunu reklam xatirinə deyil, Allah xatirinə etmək lazımdır. Allah təala buyurub ki, bir balaca imkanın varsa, bunu ehtiyacı olanlarla bölüş. Mən də çalışıram yerinə yetirim. İnşallah bu il də iftar süfrəsi verəcəm ”.

 

Sevinc Xeyrulla

Gununsesi.info