Soydaşlarımız Brüsseldə Saakaşviliyə azadlıq tələb etdilər

  • By admin
  • 27 Mart 2022 11:40

Brüsseldə, Avropa parlamentinin qarşısında Mixeil Saakaşviliyə azadlıq aksiyası keçirilib.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən aksiyanı “VMH”nın aktiv üzvü Rəfi Orucov təşkil edib.

Aksiyada Bolnisi bələdiyyə məclisinin üzvü Müşfiq Əlləzov və digərləri iştirak edərək Mixeil Saakaşvilinin azad olunmasını tələb ediblər.

Aksiya iştirakçıları M.Saakaşvilinin əsassız həbs edildiyini və onun hüquqlarının pozulduğunu vurğulayıblar.

Aksiya iştirakçıları adından Avropa parlamentinə bəyannamə təqdim edilib. Bəyannamədə Mixeil Saakaşvilinin azadlığa buraxılması və hüquqlarının qorunması tələb edilib. Bəyannamə aksiya iştirakçıları tərəfindən imzalandıqdan sonra Avropa parlamentinə təqdim edilib.

Gununsesi.info