
Bakı şəhər sakininin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən yeniyetmə tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cari il iyunun 18-də Bakı şəhər sakini Nərminə Hüseynovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan yeniyetmə şəhər ərazisində tutulub.
Anar
Gununsesi.info