Space TV-nin rəhbərinə “Milli Kino Mükafatı” verildi

  • Müəllif: admin
  • 31 İyul 2017 13:00

15
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı iki avqust Milli Kino Günü ilə bağlı özünün ən böyük mükafatını, “Milli Kino Mükafatını” təqdim edib.

İttifaqın mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, Azərbaycan kinosuna verdiyi tövhələrə görə xalq artisti, məşhur kinorejissor, Space TV-nin rəhbəri Vaqif Behbud oğlu Mustafayev “Milli Kino Mükafatına” (mükafatı 2000 manat) layiq görülüb.

Qeyd edək ki, Vaqif Mustafayevə təqdim edilən mükafat avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək tədbirdə təqim olunacaq.

Gununsesi.info