Hacıqabuldakı dəhşətdən ilk FOTOLAR

  • Müəllif: admin
  • 31 İyul 2017 13:06

2043004415410071092889326225067097288475251njpg-1-12-46-341501492467

Hacıqabul rayonunda 6 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi yerdən fotolar əldə edilib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, fotolar sosial şəbəkələrdə yayılıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlərdən 4-ü bir ailənin 4 üzvüdür. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir.

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

22047999315410064992889934029011598128813061njpg (1)1501492490 1204296251541006292622347420799061112444338njpg (1)1501492490 0203757641541006929288950248059689111022864njpg (1)1501492489

Gununsesi.info