“SSRİ rəhbərlərindən olan Demiçev dedi ki, Qarabağdakı iki müsəlman xalq (?) niyə bir-birini qırır…” - RUS GENERALI

  • By admin
  • 25 Fevral 2017 12:27
 heyder-5
Keçmiş SSRİ dövründə  Aərbaycan “KQB”-sinin Qarabağ şöbəsinin rəhbəri, general-mayor Qriqoriy Septa mətbuata açıqlamasında  Dağlıq Qarabağ hadisələrinin başlanğıcı, onun “ideoloqları”, erməni separatçılarının  fəaliyyəti , ümumiyytələ, o, dövrdə baş verən hadisələr  haqqında danışıb.
Gununsesi.info-nun mətbuata istinadən xəbərinə görə, hələ gənc yaşlarında, komsomolçu olduğu dövrdə   Qriqoriy Septa 1968-ci ildə Azərbaycan “KQB”-sinə rəhbərlik edən Heydər Əliyev tərəfindən təhlükəsizlik xidməti orqanlarına  gətirilir  və qısa zamanda   burada uğurlar əldə edir.
1983-cü ildə isə Azərbaycanın o zamankı birinci katibi Kamran Bağırovun   sərəncamı ilə  Dağlıq Qarabağ Muxtar Vilayətinin “KQB”-sinin rəisi vəzifəsinə göndərilir və 1988-ci ilədək orada fəaliyyət göstərir.  Q.Septa bildirir ki, o zaman Dağlıq Qarabağdakı “KQB”-də cəmi üç digər millətin nümayəndəsi çalışıb – onlardan biri azərbaycanlı, biri rus və biri də belarus  olub. Qalan əməkdaşların hamısı erməni olub.Q.Septa əlavə edib ki,  Dağlıq Qarabağ “KQB”-si eyni zamanda, Laçın və Kələbəcərə də nəzarət edib.O, deyib ki, Xankəndində Vilayətin birinci katibi Boris Gevorkovla  qonşu olublar . Hətta, Gevorkovun arvadı azərbaycanlı xanım olub. Deyib ki, Bakıdan gələn ermənilərlə orada yaşayan ermənilər bir-birindən ciddi fərqlənirdilər. Bakı erməniləri  yerli ermənilərdən fərqli olaraq azərbaycanlılara qarşı loyal yanaşırdılar.
raisa
“Qorbaçov hakimiyyətə gələndə ermənilərin, o cümlədən, Gevorkovun ailəsinin sevincinin həddi-hüdudu yoxuydu…”
Qeyd edib ki, Qarabağ erməniləri Mixail Qorbaçovun hakimiyyətə gəlməsinə çox seviniblər. Q. Septa sonra deyib ki, M. Qorbaçov hakimiyyətə gələndə Qarabağ erməniləri sevinib, hətta, bunu bayram ediblər və deyiblər ki, nəhayət, arzuları  çin olacaq.
Belə bir söhbət B. Gevarkovun ailə üzvləri ilə söhbət zamanı da olub. Yəni,1985-ci ildə M. Qorbaçov hakimiyyətə gələndə B. Gevrokovun  da ailəsinin sevincinin həddi-hüdudu olmayıb. Onlar deyiblər ki, hələ Stalin zamanından Dağlıq Qarabağın  Azərbaycandan alınaraq, Ermənistana birləşdirilməsi məsələsi qaldırılsa da,  bu, baş verməyib. Bu istəyi nə Stalin, nə Xruşov, nə də Brejnev reallaşdırıb.
septa-1
“Ermənilər Raisaya güvənərək…”
Ermənilər  Qorbaçovun arvadı Raisa Qorbaçovanın onlara olan rəğbətinə əsaslanaraq,  Dağlı Qarabağı Ermənistana birləşdirəcəklərinə inanıblar. Çünki 1985-ci ilədək Qorbaçovlar ABŞ-da olarkən erməni diasporasının nümayəndələri Raisaya  çox bahalı brilyant hədiyyə edərək, onu ələ ala biliblər. Ona görə də Raisanı ələ alan ermənilər hesab edibilər ki, onun əli ilə Dağlı Qarabağ  məsələsini öz xeyirlərinə həll edəcəklər və elə də oldu.
Çünki  Qorbaçovun hakimiyyətə gəlişindən sonra ermənilərin aktivləşməsi və Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana  birləşdirilməsi istiqamətində  açıqcasına apardıqları fəaliyyət bunu sübut edib. Ona görə ki, R. Qorbaçova  bağlı qapılar arxasında onlara hər vasitə ilə dəstək verib.
Erməni separatizminə qarşı mübarizəsindən danışan Q. Septa deyib ki, nə zaman ki, bütün hadisələr açıq müstəviyə keçdi, ona qarşı mübarizə aparmaq  artıq gec idi”.
“Baş verə biləcək hadisələrlə bağlı həm Bakını, həm də Moskvanı məlumatlandırmışdım, amma…”
 “Baxmayaraq ki,  baş verə biləcək hadisələrlə bağlı həm Bakını, həm də Moskvanı məlumatlandırmışdım. Bir şeyi deyim ki, hadisələr  qızışdığı ilk dövrlərdə Kamran Bağırov Xankəndiyə gəldi və Vilayət Partiya Bürosunun bütün rəhbər üzvlərini vəzifəsindən azad etdi. Sadəcə, mənə, Gevarkova və İcraiyyə Komitəsinin sədrinə toxunmadı. Ancaq nədənsə,  Azərbaycan rəhbərliyi mənim analitik  məlumatlarıma uyğun tam hərəkət etmədi. Bu, mənə qaranlıq qaldı. Hansı ki, mən bu məlumatlarımda bildirirdim ki,  baş verən hadisələrin qarşısının alınması üçün hansı qərarlar qəbul edilməlidir”- deyə, Q. Septa vurğulayıb.
“Demiçev dedi ki, Qarabağdakı iki müsəlman xalq (?) niyə bir-birini qırır…”
Q. Septa daha bir maraqlı məqamı qeyd edir ki, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun  üzvü Pyotr Demiçevin  Xankəndində camat qarşısındakı çıxışı onu özündən çıxarıb və dəhşətə gətirib. Yəni, Demiçev  çıxışında bildirib ki,  “ bu-iki müsəlman xalq (?) olan ermənilər və azərbaycanlılar  nəyi bölüşə bilmir və niyə bir-birini qırır?..”
 
“Psixi xəstə” Zori Balayanla görüş…
 
Erməni separatçılarından olan yazıçı Z. Balayanla da görüşünə toxunan Septa deyir ki, görüş üçün İrəvana getməli olub: “Açıq deyim ki,  hadisələrin əsas  “mutilşiki” elə Zori Balayan idi. Onunla  görüşümdə də Balayan  ermənilərin “Dənizdən-dəniz” ideyasından danışırdı və Bakını erməni şəhəri hesab etdiyi söyləyirdi. “Böyük Ermənistan” xülyasından danışırdı.  Onunla görüşdə belə bir qənaətə gəldim ki, bu adam doğrudan da,  psixi xəstədir”.
Q. Septa Kəlbəcərlə Laçının da Ermənistana birləşdirilməsi “ideya”sından, onun köklərindən danışıb. O, deyib ki, ermənilər Kəlbəcərdəki qızıl yatağına görə, onu özlərinə birləşdirmək istəyirdilər. Q. Septa deyir ki, əgər Azərbaycan hakimiyyəti zamanında  Dağlıq Qarabağda azərbaycanlı əhalinin sayını artırmaq istiqamətində işlər görsəydi, bəlkə də bu hadisələr baş verməyəcəkdi. Ermənilər isə  Azərbaycandan fərqli olaraq, düşünülmüş formada  digər yerlərdən Dağlıq Qarabağa ermənilər yerləşdirərək, erməni əhalisinin sayının artırılması istiqamətində məqsədyönlü iş aparırdı. Q. Septanın  fikrincə, hadisələrin ilk başlanğıcında mərhum Heydər Əliyev  ya Moskvada, ya da  Azərbaycanda rəhbərlikdə olsaydı, bu hadisələr olmayacaqdı: “Təssüflər olsun ki, Heydər Əliyev  Mixail Qorbaçovun  ciddi nəzarətində altında ev dustağı səviyyəsində yaşayırdı”.Q. Septa həmçinin deyib ki, 1988-ci ildə onu Qarabağdan geri, Bakıya  çağırıblar və Bakıda  7-ci idarənin rəhbəri təyin ediblər. 1990-cu ildə isə  Stavropola gəlib.
“Heydər Əliyev məni ağsaqqalım olub…”
1990-ci ildən sonra bir dəfə də olsun Azərbaycanda olmadığında təəssüflənən Q. Septa deyib ki,  atası  Naxşıvanda dəfn olunub. Q. Septa Heydər Əliyevi  özünün ağsaqqalı  və müdrik şəxsiyyət  hesab etdiyini də söyləyib.
Hazırladı Mürtəza
Gununsesi.info