Bakı şəhər sakinindən odlu silah və vasitələri aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Bədirovdan qundağı kəsilmiş “AK-74” markalı silah, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info