Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

  • By admin
  • 25 Fevral 2017 12:47

qandal-qolda

Azərbaycanda oğurluq da şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 24-də şəhər ərazisindəki evlərdən birindən 1300 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini Kamal Cavadzadə tutulub.

Bundan başqa oğurluq etdiklərinə görə tutulan Xalid Tağıyevin və Səbuhi Əliyevin ətrafında Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların yanvar ayı ərzində rayon ərazisindəki 3 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin ümumilikdə 84 metrlik hissəsini kəsərək oğurlamaları da müəyyən edilib.

Anar

Gununsesi.info