“Standartlaşma haqqında” yeni qanun layihəsi hazırlanıb

  • By admin
  • 14 Fevral 2018 12:26
Milli Məclisdə “Standartlaşma haqqında” və “Texniki tənzimləmə haqqında” yeni qanun layihələri müzakirəyə çıxarılıb.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  Standartlaşam haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri müzakirə olunub.
“Standartlaşam haqqında” qanun layihəsi standartlaşmanın məqsədlərinə nail olunması üçün  ölkədə mütərəqqi standartların qəbul edilməsinin təmin olunması, inkişaf istiqamətlərinin müəyyən edilməsi, strateji planlaşdırma ilə bağlı sənədlərin, o cümlədən standartlaşma  üzrə normativ sənədlərin hazırlanmasını nəzərdə tutan dövlət proqramlarının  qəbul edilməsi və icra olunması. Sənədlərin tətəbiqinin gücləndirilməsi, kadr potensialının  güclənməsinə və inkişaf etməsinə xidmət edir. Qanun layihəsi standartlaşma sahəsində hüquqi bazanın formalaşdırılamsına və  bu saəhdə hüquqi mexanizmin tənzimlənməsini nəzərdə tutur.
Qanun layihəsi 6 fəsil 27 maddədən ibarətdir.
“Texniki tənzimləmə haqqında “qanun layihəsinin məqsədi isə insanların sağlamlığınnın, ətraf mühitin. ətraf mühitin  və dövlət maraqlarının mühafizəsinin təmin edilməsini nəzərdə tutur.  Yenun qanun eyni zamanda  istehlakçıların  hüquqlarının və qanuni maraqların müdafisəi,ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabət qabliyyətliliyinin artırırlmasına xidmət edir.
Qanun layihəsi 4 fəsil 18 maddədən ibarətdir.
Qanun layihələrinin müzakirəsi baqşlanıb.
Mürtəza
Gununsesi.info