“Status-kvo”nun dəyişməsi üçün həmsədr ölkələr aktivliklərini artırmalıdırlar” - ZİYAFƏT ƏSGƏROV

  • By admin
  • 14 Oktyabr 2016 15:52

ziyafet

“Həmsədr ölkələr, ATƏT-in Minsk qrupunun həmsədrləri  həmişə bir bəyənatı ifadə edirlər ki, status-kvo dəyişdirilməlidir. Yəni, vəziyyət bu cür qala-davam edə bilməz. Ancaq çox təəssüf ki, çox zaman bu, bəyanatdan o yana keçmir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O, deyib ki, bu istiqamətdə hansısa əməl, hərəkət yoxdur.

“Bizi də narazı salan budur. Fürsətdən də istifadə edərək bir daha həmsədr ölkələrin rəhbərlərinə, onların nümayəndələrinə müraciət edirik ki, bu məsələdə aktivliyi artırsınlar”-deyə, Z. Əsgərov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info