Stomatoloji xidmətlər icbari tibbi sığorta paketə daxil edilə bilər?

  • By admin
  • 16 İyul 2021 11:30

Vətəndaşlar 1 aprel 2021-ci ildən ölkə üzrə tətbiq edilən icbari tibbi sığorta xidmətlərinə yenilərinin əlavə olunmasını təklif ediblər. Aylıq əməkhaqqından 2 fazi tutulduğunu əsas gətirən vətəndaşlar stomotoloji xidmətlərin də paketə daxil edilməsini istəyib.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Gununsesi.info-ya bildirilib ki, yeni tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsinin aşağıdakı meyarlar üzrə aparılır:

– Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

– Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

– Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

– Tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

– Müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;

– Müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;

– Tibbi xidmətlərin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən göstərilməsi.