Strukturunda 5 daimi komissiyası olan bələdiyyənın cəmi 4 qulluqçusu var –TƏHLİL

  • Müəllif: admin
  • 31 Mart 2017 15:57

556d92962de99

Bələdiyyələrə öhdəsindən gələ biləcək əlavə səlahiyyətlərin verilməsi də vacibdir. Bunu ekspertlər dəfələrlə təklif edib. Əlavə səlahiyyətlər kommunal xidmət, yaşıllaşdırma, təmizlik-abadlıq, suvarma, nəqliyyat və sair sahələr ola bilər. Bələdiyyə büdcəsinin artırılmasından və formalaşdırılmasından ötrü vergidən yayınanlara qarşı, eləcə də mədən və əmlak vergilərinin, küçə reklamları üzrə ödənişlərin hesablanması və yerli verginin alınması üçün təkmil təsir mexanizminin yaradılması çox əhəmiyyətlidir. Təbii ki, bunun üçün yerli özünüidarəetmə orqanlarının strukturku da genişlənməlidir.

Təəssüf ki, bu gün Azərbaycanda bələdiyyələr «Bələdiyyə statusu haqqında” Qanuna əsaslanaraq,  çox kiçik struktura malikdirlər .

Qanuna görə, bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər.

Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq;

2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;

3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

4) seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

Azərbaycanda bələdiyyə struturu necə təşkil olunub?

Beləliklə, Sumqayıt bələdiyyəsi 5 daimi komissiyadan ibarətdir; Yerli büdcə məsələləri komissiyası; Yerli sosial məsələləri komissiyası; Yerli iqtisadi inkişaf məsələləri komissiyası; Yerli ekologiya məsələləri komissiyası; Hüquq məsələləri komissiyası.

Bələdiyyə icra aparatının strukturu: Ümumi şöbə; Təşkilat şöbəsi; Vergilər şöbəsi; Memarlıq və tikinti şöbəsi; Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi; Hüquq şöbəsi; Mühasibatlıq.

Sumqayıt bələdiyyəsində ümumilikdə 59 nəfər əməkdaş çalışır, onun 18-i seçki ilə seçilmiş üzvlərdir. Bundan əlavə nəzdində “Bələdiyyə parkı” və  “Təmir –tikinti və vətəndaşlara  xidmət” MMC kimi təsərrüfat subyektləri də fəaliyyət göstərir.

Bakı Şəhəri Xətai rayon bələdiyyəsi isə cəmi 3 daimi komissiyadan ibarətdi: Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyası; Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyası;  Hüquq məsələləri daimi komissiyası.

Orqan 5 şöbədən ibarətdir:

1.Ümumi şöbə; 2.Vergilər şöbəsi; 3. İnzibatı Təsərrüfat Şöbəsi; 4.Hüquq şöbəsi; 5.Mühasibatlıq.

Binəqədi rayon bələdiyyəsinin Bələdiyyənin 6 daimi komissiyası, 7 şöbəsi vardır. Bələdiyyədə 39 qulluqçu çalışır. Yuxarıda göstərilən daimi komissiyalardan əlavə Binəqədi rayon Bələdiyyəsində Mətbuat, informasiya və gənslərlə iş Komisiyası fəaliyyət göstərir. Şöbələri isə 1.Ümumi şöbə. 2. İctimai 3. humanitar sektor 4. Hüquq sektoru, 5. Bələdiyyələrin mülkiyyətinin idarəedilməsi sektoru, 6. Bələdiyyə gəlirləri və vergiləri sektoru 6. Təsərrüfat sektoru 7. Mühasibatlıq.

Nəsimi bələdiyyəsi Yerli Büdcə məsələlər; Yerli Sosial və Ekologiya məsələləri olmaqla 3 daimi komissiyadan ibarətdir.

Şöbələri isə Vergilər,Ödənişlər,Torpaq və Əmlak şöbəsi; Texniki nəzarət şöbəsi; Ümumi şöbə, Mühasibatlıq olmaqla 5 struktirdan ibarətdir.

Orqanda təqribən 15-ə yaxın əməkdaş çalışır.

Nizami bələdiyyəsi 5 komissiyadan ibarətdir. Burada Büdcə, Ekologiyavə ətraf Mühit və Sosial məsələlərdən əlavə digər bələdiyyələrdə olmayan Gənclər, idman məsələləri daimi komissiyası və  Yerli və beynəlxalq əlaqələrin qurulması məsələləri daimi komissiyası fəaliyyət göstərir. Şöbələr isə digər Bakı rayonlardan fərqlənmir.

Xızı şəhəri bələdiyyədə 3 daimi komissiya fəaliyyət göstərir. Bələdiyyədə 3 qulluqçu çalışır.

Kənd bələdiyylərində isə vəziyyət aşağıdakı kimidir:

Altıağac bələdiyyəsinin Bələdiyyənin 4 daimi komissiyası var və 3 qulluqçu çalışır.

Giləzi bələdiyyəsində Bələdiyyənin 2 daimi komissiyası var və 3 qulluqçu çalışır.

Şurabad bələdiyyəsi Bələdiyyənin 5 daimi komissiyası, 1 şöbəsi (Ümumi Şöbə və mühasibatlıq) var.  Bələdiyyədə 4 qulluqçu işləyir.

Yeni Yaşma bələdiyyəsi 3 daimi komissiyası, 1 şöbəsi vardır.

Baxışlı bələdiyyəsinin Bələdiyyənin  1 daimi komissiyası var.

Zirə bələdiyyəsi isə İqtisadiyyat və Sosial İnkişaf Komissiyası, Ekologiya Komissiyası,  Sosial Müdafiə Komissiyası olmaqla 3 daimi komissiya və 1 şöbədən ibarətdir.

Qeyd edəki ki, bu kiçik bələdiyyələr əsasən, vergi, sosial, hüquq və ekologiya məsələlərinə dair daimi komissiyalardan ibarətdir.  Əksəriyyətində 1 sədr,2 müavin və mühasibatlıqdan ibarət  1 ümumi şöbədən təşkil olunublar.

Qəsəbə bələdiyyəri strukturuna görə  kənd bələdiyyələrindən bir qədər genişdilər. Məsələn, Biləcəri qəsəbə bələdiyyəsinin  6 daimi komissiyası, 5 şöbə və 2 bölməsi vardır. Bələdiyyədə 65 qulluqçu çalışır. Təəssüf ki, yerli özünüidarəetmə qurumundan stukturun tam siyahısını ala bilmədik.

Gəncə şəhərində isə qəsəbə bələdiyyələri komissiya və nümayəndəliklərdən ibarətdir. Belə ki,  Gəncə şəhəri Kəpəz rayonu Hacikənd Qəsəbə Bələdiyyəsində 5 daimi komissiya fəaliyyət göstərir. Bunlar, büdcə, iqtisadi-inkişaf, hüquq, sosial və ekologiya məsələləri ilə bağlı daimi komissiyalardır.

Bundan əlavə, Gəncə şəhər  Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbə İ.Ə.D-si üzrə 3 nəfərdən ibarət nümayəndəliyi var. Hətta mühasib belə icra hakimiyyəti tərəfindən rəsmi şəkildə yönəldilib.

Ümumiyyətlə, ölkə üzrə bütün bələdiyyələri izlədikdə nisbətən iri bələdiyyələrdə daha aktiv və nisbətən çevik strukturlara rast gəlmək mümkündür. Kənd bələdiyyələri isə sədr, müavin və üzvlərdən ibarətdir ki, bu da onların maliyyə imkanlarının məhdudluğunu göstərir.

Vüsalə Rüstəmova

Gununsesi.info