
Zağulba çimərliyində batmaq təhlükəsi ilə üzləşən iki gənc xilas edilib. Gununsesi.info xəbər verir ki, sahildən xeyli uzaqlaşan gənclərin son anında köməyinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri çatıb. Operativ xilasetmə əməliyyat ilə gənclər sahilə çıxarılaraq, tibbi yardım göstərilib.
Hadisə çimərlikdəki istirahət edən şəxslər tərəfindən lentə alınıb.
Gülnaz Qənbərli