Sudanda avtobus qəzasında 32 zəvvar öldü

  • By admin
  • 10 İyun 2016 08:42

Sudan

Sudanın şərqində zəvvarları daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

 

Gununsesi.info xəbər verir ki, insident Hartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində baş verdiyi bildirilir.

 

Zəvvarların Səudiyyə Ərəbistanına Ümrə (Kiçik Həcc) ziyarətinə getdiyi qeyd olunur.  (APA, RİA Novosti)