Südün 8 əhəmiyyətli faydası

  • By admin
  • 15 Mart 2021 22:41

Mütəxəsislər südün sağlığımız və gözəlliyimiz üzərindəki 8 əhəmiyyətli faydasını bildirirlər.

1. Qarın yağlarını əridir.

Kökələn insanlarda yağlanma qarın və bel bölgəsində yığılmağa başlayır.

Aparılan araşdırmalara görə, az yağlı dietanın tətbiq edildiyi insana gündə 2 stəkan süd içmək yağ əritmək üçün kifayət edir. Mütəxəsislər tərəfındən aparılan müşahidələrdə südün tərkibindəki kalsiumun orqanizmdəki yağlanmanı azaldaraq çəkini kontrolda saxlamağa köməkçi olduğu ortaya çıxmışdır. Südün tərkibində olan keyfiyyətli protein və lioneiq turşusu kimi yağ molekulları ilə çəkiyə nəzarətə köməkçi olur.

2. Güclü sümüklər üçün vacibdir.

Mineral baxımından son dərəcə zəngin olan süd eyni zamanda zəngin bir kalsium mənbəyidir. 1 litr südün tərkibində olan kalsium; 10 kilo ət, 5.2 kilo çörək, 12,6 kilo kartof, 17 kiloqram alma, 3,2 kilo kahı ya da 2,4 kiloqram kökdə olan kalsiuma bərabər miqdarda olur. Bu səbəbdən sağlam sümüklər üçün süd içməyiniz vacibdir.

3. Üz dərisini cavan saxlayır.

Gözəl və sağlam üz dərisi üçün keyfiyyətli qidalanmaq çox vacibdir. Südün tərkibində olan proteinlər, antioksidant olan A vitamini və Zn ilə üzüm sağlamlığı qorunmuş olur. Süd, üz dərisi üzərində nəmləndirici təsir edərək üz dərisinin korlanmasını və yaşlanmasını gecikdirir. Eyni zamanda, südün tərkibindəki maye üz dərisinin nəm tarazlığını qoruyur. Buna görə də, orta yaşlı insanların, uşaqların, gənçlərin, hamilə və əmizdirən qadınların və klimaksdan sonrakı dövrdə qadınların hər gün 2 stəkan süd istifadə etmələri vacibdir.

4. Beyinin ehtiyacı olan enerjini təmin edir.

 

Yediyimiz qidaların insanın yaddaş, zəka və konsentrasiya gücü üzərində çox mühüm bir təsiri var. Misal üçün, orqanizm ümumi çəkisinin 2-3 faizi qədər olan beyin, gündəlik kalorimizin orta hesabla 25-30 faizini xərcləyir. Süd beynin ehtiyacı olan enerjini təmin edir. Tərkibindəki yüksək zülal ilə orqanizm toxumalarının inkişafına köməkçı olan süd beyinin funksiyalarına müsbət təsir göstərir.

 

5. Ürək-damar sistemi üçün çox vacibdir.

Yüksək təzyiqi olan insanların müalicəsində südün müsbət təsirləri bilinir. Yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanların əlavə təsirlərini azaltmada südün effektli olduğu məlumdur. Yağsız ya da 1 faiz yağlılığı olan süd orqanizmə daha çox kalsium verir. Kalsium da təzyiqi 3-10 faiz, daha da vacibi ürək-damar xəstəliyi riskini 15 faziə qədər azalda bilir.

 

6. Xolesterolu azaldır.

Orqanizmdə xolesterolun sintez olunması ilə yanaşı, biz heyvan mənşəli qidalarla da orqanizmimizə xolesterol qəbul edirik. Qanda xolesterol səviyyəsi yüksək olan insanlarda ürək xəstəliklərindən əziyyət çəkmə və ürək böhranı keçirtmə riski daha yüksək olur. Az yağlı süd  xolesterolu azaldır.

7. Xroniki bronxitin və bağırsaq xərçənginin profilaktikası üçün.

 

20 il boyunca 2000 insan üzərində aparılan müşahidələr zamanı gündə 2-3 stəkan süd içən insanlarda bağırsaq xəstəliklərinə, hatta bağırsaq xərçənginə heç rastlanmayıb. Həmçinin Com Hopkins Üniversitetində aparılan bir araşdırmada isə süd içən insanlarda xroniki bronxitə heç rastlanmadığı ortaya çıxmışdır. Mütəxəsislər südün; siqaret, spirtli içki və bol miqdarda qəhvə kimi asılılıq yaradan maddələri istifadə edən insanları belə qoruduğuna diqqət çəkirlər.

8. Osteoporozdan qoruyur.

Osteoporoz, ən çox rast gəlinən sümük xəstəliyidir. 50 yaşdan sonra, 2 qadından 1-i və 4 kişidən 1-də osteoporoza bağlı qırıqlara rast gəlinir. Yaşla bağlı olaraq sümük qalınlığında da azalmanın qarşısını ala bilmənin ən yaxşı yolu isə kalsium və D vitamini qəbul etməkdir. Gündə 2-3 dəfə 1 stakan süd içməm kalsium qəbulu üçün məsləhət görülür.

Südü sağlam içmə qaydaları

Qida dəyəri çox yüksək olan süd, bütün yaş qrupları üçün lazım olan kalsium ehtiyacının ödənilməsi üçün istifadə ediləcək ən yaxşı mənbə sayılır. Bu səbəbdən mütəxəsislər südün saysız faydalarından yararlanmaq üçün hər gün 2 stəkan, yəni 400 ml süd içilməsini məsləhət görürlər. Mütəxəsislər uşaqların, inkişaf dövründə gənçlərin, hamilələrin, uşaq əmizdirən qadınların və menopozadan sonra qadınların 600-800 ml süd içməsi tövsiyyə olunur.

•Südü gündəlik alın. Süd mikroorqanizmlərin artması üçün çox yaxşı bir şərait yaratması səbəbi ilə çox asan xarab olur. Buna görə də südü gündəlik təzə halda alın.

•4-5 dəqiqə qaynadın, şüsə banka içində saxlayın. Təmiz olmayan südlə vərəm, brüselyoz və quduzluq kimi xəstəliklər keçə bilər. Bu səbəbdən südü çiy deyil, qaynadaraq istifadə edin. Amma uzun müddət qaynadıldıqda vitaminləri azalacağı üçün pasterize ve sterilizə edilməmiş südü maksimum 4-5 dəqiqə qaynadın. Daha sonra şüşə banka içərisində soyuducuda saxlayın və 1-2 gün ərzində istifadə edin.

• Ehtiyacımızdan çox miqdarda süd içilərsə yüksək yağ miqdarına görə kökəlmə problemi ortaya çıxa bilər. Eyni zamanda, çox kalsium qəbulu dəmir çatmamazlığına səbəb olur. Normadan çox süd qəbulu anemiya yaradır.

 

Gununsesi.info