Süleymani sui-qəsdinin ildönümü: minlərlə insan küçələrə çıxdı - FOTOLAR

  • By admin
  • 03 Yanvar 2021 11:24

İran İnqilabı Keşikçilərinin Qüds qüvvələri komandanı Qasım Süleymaninin öldürülməsinin ildönümü nümayişlərlə yad edilib.

Gununsesi.info xəbər verir ki, anım mərasimi keçirmək üçün minlərlə insan Qasım Süleymaninin fotoşəkilləri və plakatlarla birlikdə Bağdad beynəlxalq hava limanı yaxınlığında toplaşıb.

Generalı anmaq üçün şamlar yandıran iraqlılar ABŞ əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdada səfəri zamanı ABŞ tərəfindən təşkil edilən hava hücumunda öldürülüb. Hücum zamanı Süleymani və “Həşdi Şəbi”nin vitse-prezidenti Əbu Mehdi əl-Mühəndis ilə birlikdə 10 iranlı zabit ölüb.

Gununsesi.info