Sumqayıt-Bakı istiqamətində reyd keçirilib

  • By admin
  • 20 Dekabr 2017 21:30

Sumqayıtdan Bakıya və ya əks istiqamətdə qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülərə qarşı növbəti dəfə reyd keçirilib. 

Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhər polisinin və avtomobil nəqliyyatı ilə sərnişin daşıma idarəsinin birgə keçirdiyi reyd zamanı, qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə rast gəlinib. Hətta polisin saxla əmrinə tabe olmayaraq öz avtomobilini ilə qaçmağa cəhd göstərənlər də olub.

Yol hərəkəti qanunlarına əməl etməyən sürücülər saxlanılaraq barələrində inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşıyan mikroavtobuslardakı sərnişinlər isə düşürülərək başqa ictimai nəqliyyatla yola salınıb.

Reyd zamanı yükdaşıma qaydaların pozan sürücülər barəsində də tədbirlər görülüb.

Gununsesi.info