Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra 48-ci teatr mövsümünə “Hacı Qara” tamaşası ilə start verir.
Bu barədə Gununsesi.info-ya Sumqayıt Dölət Dramt Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Eynullayeva bildirib.
Onun sözlərinə görə, 1956-cı ildən istifadə olunan Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra Azərbaycan prezidenti İlham Əliyevin iştirakı cari ilin sentyabrın 27-də açılışı olub və ölkə başçısı teatrda yaradılan şəraitlə yaxından tanış olub. L. Eynullayeva bildirib ki, teatr tam müasir bir üslubda qurulub: “Burada həm tamaşıçılar, həm teatr səhnəsi, həm aktyorların rahat məşqetməsi üçün məşq zalında hər cür şərait yaradılıb və yeni, müasir dövrün tələblərinə cavab verilən avadanlıqlar quraşdırılıb. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib”.
L.Eynullayeva bildirib ki, Dram Teatrının binasının açılış mərasimi olsa da, bu günə kimi tamaşa olmayıb. “Sumqayıt Dövlət Dram Teatrı 48-ci teatr mövsümünə quruluşçu rejissoru – əməkdar artisti Firudin Məhərrəmovun quruluşunda “Hacı Qara” tamaşası ilə start verəcək. Tamaşa noyabrın 22-də saat 16.00-da başlayacaq”- deyə, Leyla Eynullayeva vurğulayıb.
L.Eynullayeva əlavə edib ki, “Hacı Qara” tamaşasında baş rolu aktyor Akim Mirzəyev, digər rolları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bayramov, aktyorlardan İlham Səfərov və digərləri ifa edəcəklər.
L.Eynullayevsa onuda bildirdi ki, teatrın əsaslı təmirdən sonra ilk tamaşası olduğundan rəsmi açılış mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, respublikanın və Sumqayıt şəhərinin mədəniyyət və incəsənət xadimləri, şəhəri ziyalıları iştirak edəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri sonda onu da əlavə etdi ki, bundan sonra teatrın repertuarı zəngin olacaq, həm Sumqayıt sakinləri üçün, həm də şəhərin qonaqlarına rəngarəng teatr tamaşaları təqdim edəcək.
Mürtəza Bünyadlı
Gununsesi.info












