“Sumqayıt” – “Qarabağ” matçında dava düşdü –  Azarkeşlər oturacaqları qırdı

  • By admin
  • 03 Mart 2018 20:30


Azərbaycan Premyer Liqasının 28-ci turunda hazırda davam edən “Sumqayıt” – “Qarabağ” matçında ara qarışıb.

Gununsesi.info xəbər verir ki, matçın ilk hissəsində iki klubnun azarkeşləri bir-birilərinin əleyhinə şüarlar səsləndiriblər.

Bundan sonra tribunalarda qarışıqlıq düşüb. Azarkeşlər oturacaqları qıraraq bir-birilərinə atıblar.

Polis dərhal çılğın azarkeşlərə müdaxilə edib. 4 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, matçda ilk hissədən sonra hesab dəyişməyib.

 

Gununsesi.info