Sumqayıt yolunda ağır qəza - Bir ailənin 3 üzvü öldü

  • By admin
  • 12 İyun 2018 09:31

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “Kamaz” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.
Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə “VAZ-2106″da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.
Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.