Xəzərdə iki neft yatağının işlənməsi ilə bağlı təminat və öhdəliklər təsdiqləndi

  • By admin
  • 12 İyun 2018 09:27

Xəzərdə iki neft yatağının işlənməsi ilə bağlı təminat və öhdəliklər təsdiqləndi

Azərbaycan hökuməti iki neft yatağı ilə bağlı sazişə təminat verib, öhdəliklərini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar qəbul edib.

Qərarlara əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişi”nə Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri təsdiqlənib.