Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib

  • By admin
  • 27 Fevral 2017 12:06

yollllllllllllllllllllllllllllllllll
Sumqayıt şəhərinin H. Z. Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 27-də saat 1 radələrində Sumqayıt şəhərinin H. Z. Tağıyev qəsəbəsində qəsəbə sakini Emil Rzayev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anar
Gununsesi.info