Ər keçmiş arvadını bıçaqlayıb

  • By admin
  • 04 İyul 2016 12:10

ubiystvo

Sumqayıtda ər keçmiş arvadını bıçaqlayıb. Gununsesi.info APA-ya istisnadən məlumat verir ki, hadisə şəhərin 3-cü mikrorayonda qeydə alınıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş arvadı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. S.Verdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info