Bayram namazı iyulun 6-da qılınacaq

  • By admin
  • 04 İyul 2016 12:11

qmi

 

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Gununsesi.info-ya verilən məlumata görə ya bildirilib ki, bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

 

Gununsesi.info